“Green Fintech Startup Challenge”-ə müraciətlər davam edir!

“Green Fintech Startup Challenge”-ə müraciətlər davam edir!

ABB İnnovasiya Mərkəzi "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş "Green Fintech Startup Challenge" hakatonu keçirir.

 

"Verilmiş kreditlərin ətraf mühitə təsirini ölçməyə kömək edəcək dayanıqlı kredit qiymətləndirilməsi aləti", "Elektron ticarətdə karbon ayaq izi kalkulyatoru", "Blokçeyn əsaslı dayanıqlı və şəffaf təchizat zəncirinin qurulması platforması", "Süni intellekt əsaslı ESG məlumatları üçün maliyyə əməliyyatlarını təhlil edən və bizneslər üçün fərdi tövsiyələr verən hesabat aləti" mövzuları hakatonun əsas istiqamətləridir. Müraciətçilər yarışmaya "Greentech" sahələr üzrə digər innovativ həllərlə də qatıla bilərlər.

 

"Green Fintech Startup Challenge" iştirakçılarına növbəti mərhələlərdə ideyalarının inkişafı üçün davamlı mentor dəstəyi və təlim imkanı yaradılacaq. Onlar inkubasiya mərhələsinə keçid, sahənin ekspertləri və aparıcı qurumların təmsilçiləri ilə netvorkinq, ideyalarını yekun işlək məhsula çevrmək imkanı qazanacaqlar. Hakatonda 1-ci yerin qalibinə 5000 AZN, 2-ci yerin qalibinə 3000 AZN, 3-cü yerin qalibinə 2000 AZN mükafat veriləcək. Üstəlik, onlar bu il ölkəmizdə keçiriləcək COP29 tədbirində təqdimat şansı əldə edəcəklər.

 

"Green Fintech Startup Challenge"-ə həm fərdi, həm komanda şəklində qoşulmaq olar. Müraciət üçün yaş məhdudiyyəti yoxdur. Son müraciət tarixi 27 may, saat 23:59-dur. Daha ətraflı məlumat və müraciət üçün linkə keçid edin: //abbinnovation.az/en/hackathon

 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...