Əli Əsədov İtaliyanın Baş prokuroru ilə GÖRÜŞDÜ - FOTO

Əli Əsədov İtaliyanın Baş prokuroru ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 25-də İtaliya Ali Kassasiya Məhkəməsinin Baş prokuroru Luici Salvatonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Nazirlər Kabinetindən Sfera.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan-İtaliya dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub.

 

İki ölkənin prokurorluq orqanları arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.

 

Səfər çərçivəsində imzalanmış Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə İtaliya Respublikasının Ali Kasasiya Məhkəməsi yanında Baş Prokurorluğu arasında əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.

 

Həmçinin Azərbaycan-İtaliya əlaqələrinin ticarət-iqtisadi və bir çox digər istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub.

 

Görüşdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib.


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...