Fransa səfiri Laçına GETDİ: "Bu addım onu göstərir ki..." - AÇIQLAMA

Fransa səfiri Laçına GETDİ:

Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon işğaldan azad olunmuş Laçın rayonuna səfər edib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, səfir Fransa XİN-in razılığı ilə gedib. O xatırladıb ki, bir müddət bundan əvvəl rəsmi Paris Azərbaycandan səfirini məsləhətləşmələr üçün geri çağırmışdı:

 

“Diplomatın səfəri rəsmi Parisin Azərbaycanla münasibətlərinin normallaşmasından xəbər verir. Fransa müharibədən sonra işğaldan azad olunmuş ərazilərə diplomatlarının səfərinə icazə vermirdi. Hər zaman ermənilərin Qarabağa qayıdışını qabardırdı. Paşinyan Fransanın apardığı bu siyasətin Ermənistanın maraqlarına da cavab vermədiyinin fərqində oldu. Bu kontekstdə demək olar, Parislə əməkdaşlıqdan imtina etdi. Çünki Fransanın təhriki ilə hərəkət etsəydi, Ermənistan üçün ağır nəticələr yarana bilərdi”.

 

Müsahibimiz bildirib ki, Fransa səfiri bir müddətdən sonra Şuşa və Xankəndiyə də səfər edəcək:

 

“Ermənistanla Azərbaycan arasında buzlar əridikcə dörd kəndin Azərbaycana danışıqlarla qaytarılması, Fransanı geri addım atmağa sövq etdi. Fransa məhz Ermənistan vasitəsilə regionda yeni müharibədə maraqlı idi. Ermənistan Baş naziri Nikol Paşinyan vaxtında qərar verərək, Fransa liderini deyil, Azərbaycan prezidentinin təkliflərinə üstünlük vermiş oldu. Azərbaycanla Ermənistan arasında çərçivə sazişi imzalandıqdan sonra isə Fransa rəsmi Bakı ilə münasibətləri inkişaf etdirəcək. Hətta Azərbaycanla Fransa arasında hərbi-texniki əməkdaşlıq haqqında anlaşmanın əldə edilməsi mümkün ola bilər. Azərbaycanın Fransadan yeni silahlar alması mümkündür”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...