Bu kənddə yol, maşın, səs-küy yoxdur: Real nağıl dünyası - FOTOLAR

Bir çoxumuz böyük şəhərlərdə nəqliyyat, hava və səs-küy, atmosfer çirkliliyi kimi stresslərlə mübarizə aparırıq. Yaşıllığa, torpağa, təbiətə həsrətlə ömrümüzü ofislərdə keçiririk. Dünya, iqtisadi və fərdi problemlər də öz yerində. Bəzən istədiyimiz tək şey bir az dinclik olur.
Sfera.az sizi əslində sülh mənasına gələn bir kəndlə tanış edir. Elə bir yerdir ki, ora qayıqla və ya velosipeddən başqa hər hansı nəqliyyat vasitəsi ilə getmək mümkün deyil.
Füsunkar gözəlliyi ilə Hollandiyada yerləşən, dünyanın ən sakit və nağıl kimi kəndi - Giethoorn.
Giethoorn Hollandiyanın Overijssel əyalətində gözəl bir kənddir. Kənd Steenwijkerland Bələdiyyəsinin sərhədləri daxilində yerləşir.
Giethoorn, kiçik kanalları və sevimli kənd evləri ilə bəlkə də dünyada gördüyünüz ən dinc və ən sakit yaşayış məntəqələrindən biridir.
1958-ci ildə hollandiyalı rejissor Bert Haanstranın məşhur "Fanfare" komediyasını çəkməsindən sonra şöhrət qazanıb.
Daha sonra onun şöhrəti ölkə hüdudlarından kənara çıxıb.
Giethoorn "Şimali Venesiya" və ya "Hollandiyanın Venesiyası" kimi də tanınır. Bu ad da biraz yanıldıcı ola bilər. Çünki Giethoorn Venesiya kimi daim turist axını olan bir yer deyil.
Bununla belə, Giethoorn əsasən də Çinli turistlər arasında məşhur bir cazibədir. Hər il bölgəyə 150-200 min arasında Çinli turist gəlir.
“Sülh” sözünün ekvivalenti kimi görünən Giethoorn əhalisi cəmi 2620 nəfərdir.
Turistləri bir kənara qoysaq, həqiqətən də qarşımızda nağıllardakı kimi kiçik bir kənd var.
Giethoorn adının tarixi isə 10-cu əsrə gedib çıxır.
Sözün etimologiyasına baxdığımızda “Keçi Buynuzu” mənasını verən Gietehorens (İng. Goat Horns) sözünü görürük.
Kəndin köhnə vəziyyətində yollar yox idi və bütün nəqliyyat su kanallarında qayıqlarla təmin edilirdi. Sonradan yol çəkildi, bu isə sadəcə velosiped yoludur.
Yol olmadığı üçün maşın da yoxdur. Buna görə də səs-küy və havanın çirklənməsi də yoxdur.
Burada mühərrik və ya siqnal səslərini eşitmək mümkün deyil. Eşitdiyiniz bütün səslər təbiətə aiddir. Göydə uçan quşların səsi, kanallarda üzən ördəklərin səsi, küləyin səsi...
Odur ki, qulaqlardakı pas təbiətin səsi ilə silinərkən, yaşılın hər çaları da gözləri sevindirir.
Giethoorn həqiqətən su kəndidir və Overijssel bölgəsinin kanallarının mərkəzində yerləşir.
Giethoornu məşhur edən kanalların ümumi uzunluğu 90 km-dir. Kanalların üzərində 180 körpü var.
Turistlərin ən populyar əyləncələrindən biri də bu kanallarda qayıq və ya katamaran icarəyə götürməkdir.
Kanalların ətrafında yerli məhsullar tapa biləcəyiniz restoran və mağazalar da var.
Qış isə burada tamamilə fərqlidir!
Açıqca şəkillərinə bənzəyir, sanki.
Xanım
Sfera.az