Angela Merkel 9-cu dəfə Xristian-Demokratik İttifaqının sədri seçildi

Angela Merkel 9-cu dəfə Xristian-Demokratik İttifaqının sədri seçildi

 

Almaniya kansleri Angela Merkel doqquzuncu dəfə Xristian-Demokratik İttifaqı partiyasının (XDİ) sədri seçilib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Merkelin namizədliyi XDİ-nin bu gün keçirilən federal qurultayı nümayəndələrinin 89,5 faizi tərəfindən dəstəklənib. Yerli müşahidəçilər hər hansı sürpriz gözləmirdilər: 62 yaşlı Merkel artıq 16 il 8 aydır partiyanı idarə edir. Partiyaya ondan çox yalnız Helmut Kol sədrlik edib – 25 il.

Bununla belə, budəfəki seçkidə Angela Merkelin ən aşağı göstəricilərindən biri qeydə alınıb. 2012-ci ildə ona qurultay nümayəndələrinin 97,9 faizi səs vermişdi. Merkel ilk dəfə 2000-ci ilin aprelində xristian-demokratların lideri seçilmişdi və onda heç kəs güman etmirdi ki, bir vaxt o, dünyanın ən nüfuzlu qadını olacaq.

Xatırladaq ki, Angela Merkel XDİ-nin rəhbəri vəzifəsinə və Almaniya kansleri postuna namizədliyini yenidən irəli sürmək barədə qərarını təxminən iki həftə əvvəl açıqlayıb. O, eyni zamanda, etiraf edib ki, qarşıdakı seçkiqabağı yarış karyerasında ən çətini ola bilər.


OXŞAR XƏBƏRLƏR

Sabah məktəb və bağçalarda dərs olacaq? - RƏSMİ AÇIQLAMA

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək.   Sfera.az xəbər verir ki, b...

"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar! &...

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...

Bu yollarda sürət həddi endirildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın bəzi yollarında sürət həddi əlavə 10/km saat endirilib.  ...

Samir Şərifov oğluna dəbdəbəli toy etdi: ANİ LORAK TOYDA OXUDU

Baş nazirin müavini Samir Şərifovun ailəsində xoş gün olub.   Sfera.az  Bizimmedia-ya istinadən xəbər verir ki, S. Şərifov oğluna toy ...