Prezident İlham Əliyev yeni fərman imzaladı

Prezident İlham Əliyev yeni fərman imzaladı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsvirinin və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 1 iyun tarixli 538 nömrəli Fərmanını Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 1007 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”nə uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsvirinin və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 1 iyun tarixli 538 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 694) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Fərmanla təsdiq edilmiş Əlavə I – "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsviri” üzrə:

1.1. 6-cı hissənin adında və mətnində "Müdavimlərin” sözü "Kursantların” sözü ilə əvəz edilsin;

1.2. 7.11-ci bənddə "Müdavim” sözü (hər iki halda) "Kursant” sözü ilə, "M” hərfi "K” hərfi ilə əvəz edilsin;

1.3. 7.12-ci bənddə "M” hərfi (hər iki halda) "K” hərfi ilə əvəz edilsin;

1.4. 7.13-cü bənddə "Müdavimlərin” sözü "Kursantların” sözü ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş Əlavə II – "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının nümunəsi” üzrə:

2.1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sıravi və kiçik rəis heyəti üçün geyim formalarının nümunələrinin "Qeyd” hissələrində "Müdavimlər” sözü "Kursantlar” sözü ilə əvəz edilsin;

2.2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qadın sıravi və kiçik rəis heyəti üçün geyim formalarının nümunələrinin "Qeyd” hissələrində "Müdavimlər” sözü "Kursantlar” sözü ilə əvəz edilsin;

2.3. "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müdavim, sıravi, kiçik, orta və böyük rəis heyəti üçün baş geyimləri və digər atributların nümunəsi”ndə "müdavim” sözü "kursant” sözü ilə, 1-ci və 2-ci şəkillər isə yeni şəkillərlə əvəz edilsin (əlavə olunur).

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 dekabr 2016-cı il.


OXŞAR XƏBƏRLƏR

Sabah məktəb və bağçalarda dərs olacaq? - RƏSMİ AÇIQLAMA

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək.   Sfera.az xəbər verir ki, b...

"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar! &...

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...

Bu yollarda sürət həddi endirildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın bəzi yollarında sürət həddi əlavə 10/km saat endirilib.  ...

Samir Şərifov oğluna dəbdəbəli toy etdi: ANİ LORAK TOYDA OXUDU

Baş nazirin müavini Samir Şərifovun ailəsində xoş gün olub.   Sfera.az  Bizimmedia-ya istinadən xəbər verir ki, S. Şərifov oğluna toy ...