Çin donanması təlim adı ilə Tayvanı mühasirəyə aldı

Çin donanması təlim adı ilə Tayvanı mühasirəyə aldı

Çin Xalq Azadlıq Ordusu donanması Tayvan ətrafında cəmləşərək adanı mühasirəyə alıb. 

 

Sfera.az xəbər verir ki, rəsmi Pekin manevrləri Tayvan Müstəqillik Qüvvələrinin separatçı hərəkətlərinə və təxribatlarına qarşı sərt xəbərdarlıq təlimi adlandırıb. 


Bu aqressiv reaksiya Tayvanın beşinci prezidenti Lai Çinqtenin andiçmə mərasimindən sonra baş verib. Müşahidəçilərinin qeyd etdiyi kimi, Tayvanın yeni lideri inauqurasiya nitqində Çini siyasi və hərbi hədə-qorxu ilə təhdid etməyi dayandırmağa çağırıb. O, ölkəsinin təxribata getməyəcəyi və kvo statusunu qoruyacağını vəd edib.

 

Qeyd edək ki, daha əvvəl “Birləşmiş Qılınc 2024A” manevrləri ötən ilin ən böyük manevrləri olub.

 

Tayvan Müdafiə Nazirliyinin məlumatına görə, cavab olaraq əraziyə Tayvan təyyarələri yerləşdirilib, zenit bölmələri səfərbər edilib, ordu və donanma SOS vəziyyətinə gətirilib.


Tayvan Müdafiə Nazirliyinin bəyanatında deyilir:

 

“Biz münaqişə axtarmırıq, lakin millətimizin təhlükəsizliyini təmin etmək və gözəl vətənimizi qorumaq üçün geri çəkilməyəcəyik".


Beynəlxalq reaksiya

 

ABŞ-ın Hind-Sakit Okean Komandanlığının müavini, general-leytenant Stiven Sklenk Pekinin hərəkətlərini eskalasiya üçün şərait yaradan və həyatı riskə atan zorbalıq adlandırıb.

 

Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hayashi Yoşimasa mətbuat konfransında Yaponiyanın və dünya ictimaiyyətinin təhlükəsizliyi üçün Tayvan boğazında sülh və sabitliyin qorunmasının vacibliyini vurğulayıb.

 

O, münaqişənin dialoq və sülh yolu ilə həllinin zəruriliyini qeyd edib.  Hayashi Yoşimasa rəsmi Tokionun Çinlə birbaşa danışıqları davam etdirəcəyini bildirib. Bundan əlavə, Yaponiya bu məsələ ilə bağlı öz mövqeyini ABŞ və digər regional tərəfdaşlarına aydın şəkildə çatdırmaq niyyətindədir.


Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...