“Louis Vuitton” şousunda qalmaqal: Etirazçılar parka basqın etdilər 

“Louis Vuitton” şousunda qalmaqal: Etirazçılar parka basqın etdilər 

Barselonada keçirilən “Louis Vuitton” moda nümayişi gözlənildiyi kimi keçməyib. Etirazçılar moda nümayişləri üçün bağlanan məşhur Qaudi (Park Güell) parkına basqın etməyə cəhd ediblər.

 

Sfera.az bildirir ki, Barselonanın əsas görməli yerlərindən biri olan məşhur Park Güell “Louis Vuitton” şousu üçün bağlanıb. Lakin yerli sakinlər təşkilatçıları ictimai məkanı özəlləşdirmədə ittiham ediblər. İnsanlar ictimai məkanın ictimaiyyət üçün bağlı olmasından qəzəbləniblər. Polislə toqquşma və parka basqın etməyə cəhd göstərilib.


Nəticədə polis etirazçıları dəyənəklərlə döyüb, sakinlər isə parkı plakatlarla mühasirəyə alıblar. Etirazçılardan biri şiddətli şəkildə döyülüb, həbs edilənlər də var.


Park Güellin özəl tədbirə görə bağlanması ilə yanaşı, moda nümayişi zamanı parkda məşhur ispan memar və arxitetkoru Qaudinin əsərlərinin zədələnməsi də Barselona sakinlərini qəzəbləndirib.

 

Şiddətli etirazla yanaşı, daha dinc aksiya da keçirilib. Etirazçılar yoldan keçənlərin alqışları altında parodiya nümayişi təşkil ediblər.


Qeyd edək ki, “Louis Vuitton” tədbirinin özü dəbdəbəli moda brendi tərəfindən təşkil edilən çoxsaylı tədbirlərdən biridir. Tədbirdə iştirak edənlər arasında “LVMH”nin sahibi və baş icraçı direktoru Bernard Arnault da olub. O, bu il “Forbes”ə görə 206 milyard dollar sərvəti ilə dünyanın ən varlı adamı olaraq yerini qoruyub saxlayır.

 

Xatırladaq ki, Park Güell 1914-cü ildə, Kataloniya sahibkarı Eusebi Güel tərəfindən əsası qoyulub.  Təxminən 14 il sonra isə park inşa edilmişdir.

 

1926-cı ildən bəri park bələdiyyə parkı kimi tanınır və parkda məşhur memar Qaudinin Ev Muzeyi də var. Qeyd edək ki, həm Güell, həm də Qaudi hər ikisi yerli mədəniyyətin mühüm simaları kimi tanınır.

 

1984-cü ildə park “YUNESKO”nun Ümumdünya İrsi Saytı elan edilib.

 

Onu da nəzərinizə çatdıraq ki, Barselonada 1882-ci ildən tikilməkdə olan Qaudi adına məşhur kilsə 2026-cı ildə tamamlana bilər.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...