Ukrayna məcburi təxliyəyə BAŞLADI: "36 yaşayış məntəqəsi..."

Ukrayna hakimiyyəti Xarkov vilayətinin 40-a yaxın yaşayış məntəqəsindən uşaqları və onların qanuni nümayəndələrini məcburi şəkildə təxliyə etmək qərarına gəlib.
Sfera.az bildirir ki, bu barədə ölkənin Reinteqrasiya Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, qərar bölgədəki çətin vəziyyətlə bağlıdır.
“Uşaqların məcburi evakuasiya edilməsi qərarı Xarkov vilayətinin müəyyən yaşayış məntəqələrindən olan qanuni nümayəndələri ilə razılaşdırılıb. Boqoduxovski, İzyumski, Kupyanski və Çuqevski rayonlarının 36 yaşayış məntəqəsindən 123 uşağın məcburi təxliyəsi planlaşdırılır”, - departamentdən bildirilib.
Həmçinin qeyd olunub ki, təxliyə yetim və valideyn himayəsindən məhrum olan uşaqlara aiddir. Onlar Xarkova yerləşdiriləcək, bundan sonra Volın vilayətinə aparılacaqlar.
Günay