Rusiya "Crocus City Hall"dakı terror aktını kimin koordinasiya etdiyini AÇIQLADI

Rusiya Moskvada 140 nəfərin ölümü ilə nəticələnən hücumla bağlı məlumat yayıb.
Sfera.az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) martın 22-də Moskvada konsert salonuna (“Crocus City Hall”) edilən və 140-dan çox insanın ölümünə səbəb olan hücumu İŞİD-in koordinasiya etdiyini açıqlayıb.
Həmçinin Ukrayna hərbi kəşfiyyatının hücumda birbaşa iştirak etdiyi iddia edilib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov bildirib:
“Terrorçuların hazırlanması, maliyyələşdirilməsi, hücumu və geri çəkilməsi prosesi internet üzərindən İŞİD-in Əfqanıstan və Pakistanda fəaliyyət göstərən qolu olan Xorasan vilayətinin üzvləri tərəfindən koordinasiya edilib".
Qeyd edək ki, bundan öncə Rusiya martın 22-də ölkədə son iyirmi ildə törədilən ən qanlı terror aktına görə Ukrayna və Qərbi ittiham edib. Hücuma görə məsuliyyəti isə İŞİD dəfələrlə öz üzərinə götürüb.
Əzizə