"Ukrayna müharibəsi Rusiyanın potensialını göstərdi, NATO-ya..." - Orban

"Ukrayna müharibəsi Rusiyanın potensialını göstərdi, NATO üzvlərinə hücum edə bilməyəcəklər".
Sfera.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.
O, bu gün dövlət radiosuna verdiyi müsahibəsində Rusiya ordusunun ukraynalılarla ciddi və çətin müharibə apardığını bildirib və qeyd edib ki, Rusiyanın Ukraynanı bir anda məğlub edəcək qədər gücü olsaydı, bunu çoxdan edərdi. Orban bildirib ki, NATO-nun hərbi imkanları Ukraynanın imkanlarından qat-qat üstündür, ona görə də Rusiyanın və ya başqa bir ölkənin NATO-ya hücum etməsi ehtimalı azdır.
Qeyd edək ki, 2010-cu ildən hakimiyyətdə olan millətçi Viktor Orban gələn ay keçiriləcək Avropa Parlamenti seçkiləri üçün kampaniyasını münaqişəyə çox da dərindən qarışmamaq üzərində quraraq, səsvermənin Avropada müharibə və sülhün gedişatını müəyyən edəcəyini deyib.
Xatırladaq ki, Avropa İttifaqı və NATO üzvü olan Macarıstan Rusiyanın genişmiqyaslı işğalından sonra Ukraynaya hərbi yardım göstərməkdən imtina edib. Macarıstan həmçinin NATO-nun Ukraynaya yardımla bağlı uzunmüddətli planından kənarda qalmaq istəyir.
Əzizə