“İndiki cəbhə xətti qalmaqla…” - Putinin atəşkəs üçün şərtləri MƏLUM OLDU

“İndiki cəbhə xətti qalmaqla…” - Putinin atəşkəs üçün şərtləri MƏLUM OLDU

"Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə hazırkı cəbhə xətti qalmaqla atəşkəsə razıdır". 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bunu “Reuters”ə  Putinə yaxın olan şəxslər danışıb. 


Həmin şəxslərin verdiyi məlumata görə, müharibədə əldə edilən nəticələr saxlanılmaqla müharibəni dayandırmaq mümkündür. Amma Ukrayna və Qərb dövlətləri buna müsbət cavab verməsə, Rusiya müharibəni davam etdirməkdən çəkinməyəcək. 


Putinlə işləmiş və Kremldə yüksək səviyyəli danışıqlardan xəbəri olan mənbə deyib ki, Putin lazım olduğu qədər döyüşə bilər, lakin o, müharibəni dayandırmaq üçün atəşkəsə də hazırdır. 


“Reuters” agentliyi bu məlumatı Putinlə işləyən və ya işləmiş, siyasətdə və biznesdə yüksək vəzifə tutan ümumilikdə beş nəfərdən öyrənib. 


İddiaya görə Putin ikinci səfərbərliyin həyata keçirilməsini istəmir. Çünki 2022-ci ilin sentyabrında birinci səfərbərlikdən sonra onun nüfuzu xeyli azalıb. Bu iddia sahibləri hesab edir ki, nə qədər çətin olsa da Putin mövcud qüvvə ilə müharibəni davam etdirmək və daha yaxşı nəticələr əldə etmək istəyir. 


Qərb analitikləri isə hesab edir ki, Putinin “işğal edilən ərazilər qalmaqla atəşkəs olsun” istəyini Qərb və Ukrayna qəbul etməyəcək. Buna görə də indiki şərtlərlə müharibənin dayanması ehtimalı zəifdir.


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...