Azərbaycanın Xalq artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Xalq artisti VƏFAT ETDİ - FOTO

Xalq artisti, aktyor Tofiq Mövləvi vəfat edib.

 

Bu barədə Sfera.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, uzun illər Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında fəaliyyət göstərmiş tanınmış aktyor, Xalq artisti, Prezident təqaüdçüsü Tofiq Mövləvi bu gün 86 yaşında dünyasını dəyişib.

 

Qeyd edək ki, Tofiq Mövləvi 1 iyul 1938-ci ildə Naxçıvan şəhərində teatr aktyoru və rejissoru Səməd Mövləvinin ailəsində dünyaya göz açıb. Böyüdüyü mühit onu səhnə sənətinə qırılmaz tellərlə bağlayıb. O hələ Naxçıvan şəhər 1 nömrəli orta məktəbdə təhsil aldığı illərdə Naxçıvan teatrında kiçik rollar oynayıb. 1954-cü ildən taleyini Naxçıvan səhnəsinə bağlayıb. 2014-cü ilədək – 60 il burada çalışıb, Azərbaycan və dünya dramaturqlarının əsərləri əsasında hazırlanan tamaşalardan 100-dən çox müxtəlif xarakterli obraza həyat verib.

 

Onun “Qız atası”, “Şeyx Sənan”, “Ana”, “O olmasın, bu olsun”, “Atabəylər” və başqa əsərlərdə bir-birindən maraqlı rollar oynayıb. Özünəməxsus ifa manerası, səhnə mədəniyyəti ilə böyük tamaşaçı sevgisi qazanıb.

 

Tofiq Mövləvi eyni zamanda Naxçıvan Xalq teatrında “Gənclik” studiyası yaradıb, həvəskar gəncləri cəlb edərək maraqlı tamaşalar hazırlayıb. Hazırda muxtar respublikada teatr sahəsində yaxşı tanınan Xalq artistləri Şirzad Abutalıbov, Kamran Quliyev, Yasəmən Ramazanova ilk səhnə addımlarını məhz Tofiq Mövləvinin studiyasında atıblar. Səhnə fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilən Tofiq Mövləvi 1974-cü ildə muxtar respublikanın, 1987-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artist”i, 2008-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

 

Günay


OXŞAR XƏBƏRLƏR

İsveçrə Parlamentində“erməni sorğusu”

İsveçrə deyəndə ilk növbədə göz önünə yaşıllıqlara bürünmüş dərələr, təpələr, göz oxşayan çəmənliklər və insanın ruhunu sakitləşdirən mavi göllər gəlir. İsveçrə...

Prezident Malta Respublikasının Prezidentini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti Zati-aliləri xanım Miriam Spiteri Debonoyanı Müstəqillik günü münasibətilə t...

Vətəndaşlardan qanunsuz saxlanılan silah-sursat götürüldü

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.   Daxili İşlər Nazirli...

Uzunömürlülüyə təsir edən 4 AMİL - Alimlər AÇIQLADI

Sidney Universitetinin (Avstraliya) tədqiqatçıları 2000-ci ilin yanvarından 2022-ci ilin dekabrına qədər nəşr olunan uzunömürlülərin həyat tərzinə dair 34 tədqi...

Nyu-York birjasında qaz BAHALAŞDI

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.   Sfera.az xəbər verir ki, oktyabrda çatdırmaq şərtilə təbi...

"Silahlarımız tam döyüş hazırlığındadır" - Lavrov

"Rusiya heç bir nüvə müharibəsi istəmir və hesab edir ki, “qırmızı düymə”nin nə vaxt basılması ilə bağlı söhbətlər yersizdir".   ...