"İlham Əliyev bütün Qafqazın xilaskarı kimi çıxış edir" - Zahid Oruc

“Erməni teleqram kanallarında İran prezidentinin səfər tarixinin dəyişməsini rəsmi Bakının israrı ilə əlaqələndirənlər, məgər siz Tehranın rəsmi protokol idarəsində işləyirsiniz?”.

 

Sfera.az bildirir ki, bunu deputat Zahid Oruc İran prezidenti və onunla birgə gedən heyətin helikopter qəzası ilə bağlı danışarkən deyib.

 

O, fikirlərini bu cür davam etdirib:

 

“Doğrudan o fakt təsdiqlənərsə, Rəisi əvvəlcə İrəvana getməliydisə, onda görüş qrafikini dəyişdirənlər qəzanın səbəbkarları ilə bir yerdədirlər. Şimal-Cənub layihəsi və Zəngəzur dəhlizinin gerçəkləşməsini yaxınlaşdıran Xudafərin-Qız qalası su qovşaqları Naxçıvana gedən yolun da açılması perpektivini gücləndirir, bəndlər, körpülər regionda yeni təhlükəsizlik arxitekturasına çevrilir. Ona görə də təxribat ssenariləri axtaranlar bilməlidir ki, Avropa müşahidə missiyası nə qədər ki, sərhədlərimizdədir, hələ çox qəzalar olacaq".

 

Millət vəkili bildirib ki, Rusiya-Amerika, Rusiya-NATO generalları məhz Bakıda görüşüblər:

 

“İran qəzasını bütün Qafqazda qeyri-sabitlik mənbəyinə çevirməyə çalışanlar, COP-29-un keçirilməsinə təhlükə olduğunu iddia edənlər unutmasın ki, Vətən müharibəsi bütün qeyri-sabitlik faktorlarına-beynəlxalq terrora, separatizmə və sui-qəsdlərə son qoyub. Xalqımız 1991-ci ilin 20 noyabrında helikopter qəzasında say-seçmə oğullarını necə itirdiyini, faciənin ardınca gələn torpaq itkilərini heç vaxt unutmayıb. İlham Əliyev bütün Qafqazın xilaskarı kimi çıxış edir və prezidenti barış istəyən gürcünün, abxazın, çeçenin, milyonlarla Cənubi azərbaycanlının, farsın, hətta sülh istəyən erməninin də ümid yerinə çevirən onun regional təhlükəsizlik platformasıdır. İranla da münasibətlər yaxşılaşdıqca, İrəvanın Tehran üçün əhəmiyyəti aşağı düşəcək. Ölkə rəhbəri və Türkiyə prezidenti “qardaşlarımızın kədərini bölüşürük”, deyərkən hər iki liderin bir qəti inamı var. Duman çəkildikcə görünəcək ki, əgər varsa, qara qutudan bu dövlətlərin əli çıxmayacaq!”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...