Azərbaycanda bu sahədə maaşlar 5 min manatı ötüb 

Azərbaycanda bu sahədə maaşlar 5 min manatı ötüb 

Azərbaycanda qeyri-dövlət sektorunda ortaaylıq əməkhaqqı 1000 manatı ötüb. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-fevral aylarında orta əməkhaqqı qeyri-dövlət sektorunda 996,5 manat olduğu halda yanvar-mart aylarında 1039 manata yüksəlib. 


Qeyri-dövlət sektorunda orta əməkhaqqının artımına bəzi sahələrdəki ciddi maaş artımının təsiri olub. 


Ən yüksək əməkhaqqı artımı mədənçıxarma sənayesində qeydə alınıb. Burada martın 1-də orta əməkhaqqı 3 948 manat olduğu halda, aprelin əvvəlində 5 048 manatı ötüb. 


Bu sahədən başqa elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrinin qeyri dövlət bölməsində orta maaş bir ay ərzində nəzərəçarpacaq dərəcədə artıb. Burada bir ay əvvəl 1 349 manat olan orta maaş bir ay sonra 1 586 manata yüksəlib. 


İnformasiya və rabitə sahəsinin qeyri-dövlət bölməsində də maaşlarda sürətli artım baş verib. Adıçəkilən sahədə maaşlar 1845 manatdan 1985 manata çatıb.


Yuxarıda adıçəkilən 3 fəaliyyət sahənin qeyri-dövlət bölməsində əməkhaqlarının xeyli artması ümumən qeyri-dövlət sektorunda ortaaylıq maaşların 1000 manatı keçməsinə səbəb olub. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...