Əhmədlidə hərbi sursatlar AŞKARLANDI

Əhmədlidə hərbi sursatlar AŞKARLANDI

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

 

Sfera.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

 

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 1 ədəd 30 mm-lik zenit artilleriya yivli top mərmisi, 1 ədəd 14,5 mm-lik mərmi, 5 ədəd 7,62 mm-lik LPS atıcı silah mərmisi, 32 ədəd 7,62 mm-lik PS atıcı silah mərmisi, 96 ədəd 5,45 mm-lik atıcı silah mərmisi, 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 1 ədəd AK-74 güllə darağı olduğu müəyyən edilib. Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

 

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

 


OXŞAR XƏBƏRLƏR

İsveçrə Parlamentində“erməni sorğusu”

İsveçrə deyəndə ilk növbədə göz önünə yaşıllıqlara bürünmüş dərələr, təpələr, göz oxşayan çəmənliklər və insanın ruhunu sakitləşdirən mavi göllər gəlir. İsveçrə...

Prezident Malta Respublikasının Prezidentini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti Zati-aliləri xanım Miriam Spiteri Debonoyanı Müstəqillik günü münasibətilə t...

Vətəndaşlardan qanunsuz saxlanılan silah-sursat götürüldü

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.   Daxili İşlər Nazirli...

Uzunömürlülüyə təsir edən 4 AMİL - Alimlər AÇIQLADI

Sidney Universitetinin (Avstraliya) tədqiqatçıları 2000-ci ilin yanvarından 2022-ci ilin dekabrına qədər nəşr olunan uzunömürlülərin həyat tərzinə dair 34 tədqi...

Nyu-York birjasında qaz BAHALAŞDI

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.   Sfera.az xəbər verir ki, oktyabrda çatdırmaq şərtilə təbi...

"Silahlarımız tam döyüş hazırlığındadır" - Lavrov

"Rusiya heç bir nüvə müharibəsi istəmir və hesab edir ki, “qırmızı düymə”nin nə vaxt basılması ilə bağlı söhbətlər yersizdir".   ...