Ən çox qazanan videobloger açıqlandı

Ən çox qazanan videobloger açıqlandı

"YouTube”da ən çox qazanan bloger ikinci dəfə 27 yaşlı isveçli Feliks Kyellberq olub.
 
İKT.lent.az-ın "Forbes”a istinadən verdiyi xəbərə görə, "PewDiePie” niki ilə tanınan F. Kyellberq 2015-ci ilin iyunundan 2016-cı ilin iyununa qədər 15 milyon dollar qazanıb. "PewDiePie” nikli bloger "Let’s play” janrında videolar yayır. O, eyni anda həm videooyun oynayır, həm də oyunların gedişini şərh edir. F. Kyellberqin "YouTube” kanalının 50 milyondan çox abunəçisi var. Onun gəliri ötən il buraxdığı kitabın da təsiri ilə 20% artıb.  
 
"Forbes”ın reytinqində ikinci yeri pranker Roman Etvud tutub. O, 8 milyon dollar qazanıb. R. Etvud qazancının bir hissəsini suvenirlərin satışından və "Natural Born Pranksters” filminin istehsalından əldə edib.
 
Üçüncü sırada stendap-komik Lilli Singh gəlir. Onun sərvəti il ərzində üç dəfə - 7,2 milyon dollara qədər artıb. L. Singhin 10,2 milyon abunəçisi var. Blogerliklə yanaşı, o, öz brendi ilə satdığı məhsullardan da pul qazanır.
 
Reytinq cədvəlinə ümumilikdə 12 bloger daxil olub. Onlar il ərzində 70,5 milyon dollar qazanıblar ki, bu da ötən illə müqayisədə 23% çoxdur.


OXŞAR XƏBƏRLƏR

Sabah məktəb və bağçalarda dərs olacaq? - RƏSMİ AÇIQLAMA

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək.   Sfera.az xəbər verir ki, b...

"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar! &...

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...

Bu yollarda sürət həddi endirildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın bəzi yollarında sürət həddi əlavə 10/km saat endirilib.  ...

Samir Şərifov oğluna dəbdəbəli toy etdi: ANİ LORAK TOYDA OXUDU

Baş nazirin müavini Samir Şərifovun ailəsində xoş gün olub.   Sfera.az  Bizimmedia-ya istinadən xəbər verir ki, S. Şərifov oğluna toy ...