Çexiya prezidenti motosiklet sürərkən xəsarət aldı

Dünya
23:42 / 23.05.2024
4257
Çexiya prezidenti Petr Pavel motosiklet sürərkən xəsarət alıb və o, Praqada Mərkəzi Hərbi Hospitalda müalicə olunur.
Sfera.az xəbər verir ki, bu barədə Çexiya dövlət başçısının administrasiyası “X” sosial hesabında məlumat yayıb.
Administrasiya daha sonra baş verənlərlə bağlı ictimaiyyətə ətraflı məlumat verəcəyini bəyan edib.
2024-cü ildə 63 yaşı tamam olacaq Pavel avtomobil həvəskarıdır. Boş vaxtlarında motosiklet sürməyi də xoşlayır. Həkimlərin fikrincə prezident əla fiziki formadadır. (Report)