84 yaşlı qadın 38 yaşlı həyat yoldaşını boşama səbəbini AÇIQLADI - FOTOLAR

84 yaşlı qadın 38 yaşlı həyat yoldaşını boşama səbəbini AÇIQLADI - FOTOLAR

38 yaşlı misirli sevgilisi ilə evlənən Böyük Britaniyanın Somerset şəhərindən olan 84 yaşlı İris (Ayris) Cons nənə insanları tanışlıq saytlarında fırıldaqçılardan qorunmağa və ehtiyatlı olmağa çağırır. 


Sfera.az bildirir ki, İris Cons internet vasitəsilə olan tanışlıqlarda onun səhvlərini təkrarlamamaları üçün qadınlara xəbərdarlıq edib. Qadın bu barədə “Facebook” səhifəsində açıq bəyanat yayıb.

 

Qeyd edək ki, 2019-cu ilin iyun ayında Məhəmməd İbrahim ilə münasibət quran İris Cons beynəlxalq manşetlərə çıxmışdı. Tezliklə o, seçdiyi ilə görüşmək üçün Qahirəyə (Misir) gedib, növbəti il onunla evlənmişdi.

 

İris nənə intim həyatları haqqında ictimaiyyətə danışmaqdan da çəkinməyib. Xüsusən də o, 2021-ci ildə TV kanalların birində səhər şousu üçün müsahibə verərək, aparıcıları ağlayana qədər güldürüb.


Ötən il isə İris keçmiş sevgilisi ilə yollarını ayırdıqlarını açıqlayıb. İris nənə Məhəmmədi “iblis” adlandırıb. Gənc kişini “kanalizasiya siçovulu” adlandıran qadın bildirib ki, Məhəmmədin əvəzinə özünə pişik alsa, daha faydalı olardı. Məlum olub ki, qadın sevgilisinə borclarını ödəməyə kömək edib, həmçinin ona külli miqdarda pul da verib.

 

İndi İris internetdə onun səhvlərini təkrarlamamaları üçün qadınlara xəbərdarlıq edir.

 

"Tanışlıq saytlarında həqiqi kişilərlə söhbət etdiklərini düşünən bütün romantik qadınlara xəbərdarlıq edirəm: Unutmayın ki, fırıldaqçılar çirkli pəncələrini sizin pulunuza vurmaqda maraqlıdır. Həftələr, hətta aylarca yalan danışmağa davam edəcək. Ən sonda istədiyini əldə edəcək”- deyə qadın bildirib.


İris Cons iddia edir ki, o, son bir neçə ay ərzində dörd fırıldaqçının hədəfinə çevrilib. Onlardan biri hətta minlərlə funt sterlinq ziyan vurmağa çalışıb.

 

"Ancaq bu dəfə yanlış qadını seçdi, çünki belə fırıldaqçıları ifşa etmək mənim vəzifəm oldu" - deyə o əlavə edib.

 

İris daha əvvəl keçmiş sevgilisinin ondan on minlərlə funt oğurladığını iddia edir. Məhəmməd hətta evini miras ala bilməsi üçün ondan vəsiyyətini dəyişməsini də istəyib.

 

O, paylaşımında bunları yazıb: 

 

“Evləndiyim ər məni sevdiklərimdən uzaqlaşdırmaq üçün əlindən gələni etsə də, ailəm bu rəzil və pis məxluqun qurbanı olduğumu anladıqdan bəri mənə dəstəyini əsirgəmədi”.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...