İtaliya klubunun baş məşqçisi vəzifəsindən ayrıldı

İdman
17:57 / 23.05.2024
6072
İtaliyanın “Bolonya” klubunu çalışdıran Tyaqo Motta postundan ayrılıb.
Sfera.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis müqaviləsini yeniləməyəcəyi barədə rəhbərliyi məlumatlandırıb.
Xarci KİV-lərdə yer alan məlumata görə, T.Motta “Yuventus”la razılığa gəlib və Turin təmsilçisi ilə müddəti 2027-ci ilin yayına qədər olacaq müqavilə imzalayacaq.
Qeyd edək ki, İtaliya A Seriyasında mövsümün bitməsinə bir tur qalmış “Bolonya” 68 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.