Putindən ABŞ-nin hərəkətlərinə qarşı xüsusi FƏRMAN

Siyasət
17:10 / 23.05.2024
6712
Rusiya prezidenti Vladimir Putin Qərbin Rusiyaya və Mərkəzi Banka vurduğu zərərin ödənilməsi qaydasını müəyyən edən xüsusi fərman imzalayıb.
Sfera.az bildirir ki, bu barədə qərar hüquqi aktların rəsmi portalında dərc olunub.
“Amerika Birləşmiş Ştatlarının qeyri-dost hərəkətləri ilə əlaqədar Rusiya Federasiyasına və Mərkəzi Banka dəymiş zərərin ödənilməsi üçün xüsusi prosedur haqqında”, - Vladimir Putinin imzaladığı fərmanın mətnində deyilir.
Bildirilib ki, qərardan sonra Mərkəzi Bank və dövlət ABŞ-nin qərarı ilə əlaqədar mülkiyyət hüquqlarından qeyri-qanuni məhrum edilərsə, məhkəməyə müraciət edə bilər.
Günay