Bu ölkədə Lassa qızdırmasına yoluxma sayı ARTDI

Bu ölkədə Lassa qızdırmasına yoluxma sayı ARTDI

Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada bir həftə ərzində 12 nəfərdə Lassa qızdırması aşkar edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) məlumat yayıb.

 

Məlumatda qeyd olunub ki, Lassa qızdırması ölkənin 28 əyalətinin 124 bölgəsinə yayılıb.

 

Bildirilib ki, ölkədə yanvar ayından etibarən Lassa qızdırmasına yoluxma sayı 1001-ə yüksəlib və epidemiya səbəbindən 179 nəfərin həyatını itirib.

 

Qeyd edək ki, Mali, Toqo, Qana, Liberiya və Sierra Leone kimi bir çox Afrika ölkəsində müşahidə edilən Lassa qızdırması ilk dəfə 1969-cu ildə Nigeriyanın şimal-şərqindəki Borno əyalətində aşkarlanıb.

 

Asya


OXŞAR XƏBƏRLƏR