Azərbaycan və Tacikistan arasında təhsil kvotasının sayı ARTIRILACAQ

Siyasət
16:12 / 23.05.2024
7357
Azərbaycan və Tacikistan arasında təhsil kvotasının sayı artırılacaq.
Sfera.az xəbər verir ki, bu barədə Tacikistan Prezidenti Emoməli Rəhmon Bakıda həmkarı İlham Əliyevlə mətbuata bəyanatında deyib.
"Danışıqlarımızda mədəni-humanitar əməkdaşlıq məsələsi də mühüm yer tutdu. Bu baxımdan, təhsil sahəsində əməkdaşlığın inkişafına diqqət yetirildi. İki ölkənin universitetlərində təhsil almaq üçün qarşılıqlı olaraq ayrılan kvotaların sayını artırmaq barədə razılığa gəldik", - Prezident Emoməli Rəhmon bildirib.