"SpaceX" peyk vasitəsilə dünyanın ilk videozəngini nümayiş etdirdi

Amerikalı milyarder İlon Maska məxsus "SpaceX" peyk vasitəsilə dünyanın ilk videozəngini nümayiş etdirib. 

 

Sfera.az xəbər verir ki, videonu "X Corporation" yayımlayıb.

 

Videoda iki kişi videozəng vasitəsilə smartfonla bir-birinə zəng edib. Şirkət bildirib ki, əlaqə orbitdə Starlink peyklərindən istifadə edən "Direct to Cell" texnologiyasından istifadə edilməklə həyata keçirilib. "SpaceX" vurğulayıb ki, bu, dünyada ilk belə zəngdir.

 

Şirkətin mütəxəssisləri həmçinin qeyd ediblər ki, onlar rabitə üçün xüsusi dəyişdirilməyən iki adi smartfondan istifadə ediblər. Bu o deməkdir ki, gələcəkdə peyklər vasitəsilə video rabitə adi cihazların istifadəçiləri üçün əlçatan olacaq.

 

Xatırladaq ki, yazın əvvəlində "SpaceX" ABŞ-nin Federal Rabitə Komissiyasını (FCC) "Direct to Cell" funksiyasının düzgün işləməsi və hətta gözləntiləri aşması barədə xəbərdar edib. Bildirilib ki, T-Mobile və bir sıra digər beynəlxalq telekommunikasiya operatorları yeni xidmətin tətbiqində "SpaceX"in tərəfdaşı olacaq.

 

Qeyd edək ki,  "Direct to Cell" texnologiyası 2024-cü ilin sonuna qədər istifadəyə verilməlidir.

 

İnci


OXŞAR XƏBƏRLƏR