Bu müayinədən MÜTLƏQ KEÇMƏLİSİNİZ - Kişilərin NƏZƏRİNƏ!

Bu müayinədən MÜTLƏQ KEÇMƏLİSİNİZ - Kişilərin NƏZƏRİNƏ!

“Əgər yaxın qohumlarınızdan hər hansı biri (ata, ana, baba) miokard infarktı, angioplastika və ya Aorta koronar şuntlama (AKŞ) əməliyyatı keçiriblərsə, o zaman belə şəxslər diqqətli olmalıdırlar. İrsi faktor risklərin 20-25%-i təşkil edir, 75-80% digər risk faktorlarının payına düşür”.

 

Sfera.az-ın mətbuat.az-a istinadən məlumatına görə, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitunun həkim kardioloqu Leyla Quliyeva deyib.O bildirib ki,digər risk faktorlarına isə sağlam olmayan qidalanma, piylənmə, şəkər xəstəliyi, qanda xolestrolun çoxluğu, siqarət, arterial hipertenziya, hərəkətsizlik, stress aiddir. Leyla Quliyeva qeyd edib ki, bu amillər tək səbəb deyil. Belə ki, onların bəziləri birlikdə xəstəliyə səbəb olur:

 

“Ona görə də, əgər sizdə irsi faktor varsa və bununla yanaşı insulin dirənci, artıq çəki, xolestrol yüksəkdirsə, diqqətli olmalısınız. Əvvəllər miokard infarktı kişilərin xəstəliyi hesab olunurdu. Ümumiyyətlə, xəstəliyin 45 yaşlı kişilərdə rastgəlmə tezliyi eyni yaşlı qadınlara nisbətən çoxdur. Qadınlar 55-60 yaşlarında menopauzadan sonra bu fərqi bərabərləşdirir. Hormonal disbalans səbəbindən artıq çəki, arterial hipertenziya ürək-damar riskini artırır. Yəni kişilər və qadınlar arasında ürək-damar xəstəliklərinin rast gəlmə tezliyi bu yaş kateqoriyasında bərabərləşir. Ona görə də, ildə 1 dəfə 45 yaşından sonra kişilərin, 55-60 yaşından sonra qadınların kardioloji “check-up” müayinəsindən keçməsi məsləhətdir”.


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...