Partlayış nəticəsində bir ailənin 6 üzvü HƏLAK OLDU

Hadisə
14:41 / 23.05.2024
6179
İraqda yola düşən partlayıcı qurğu bir ailəni məhv edib. Səlahəddin şəhərində Beyci-Tikrit yolunda quraşdırılan partlayıcı qurğu axşam saatlarında avtomobil keçərkən işə düşüb.
Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber” məlumat yayıb.
Məlumatda qeyd olunub ki, partlayışdan sonra avtomobildə olan 6 nəfər həyatını itirib.
Qeyd edək ki, həmin partlayıcı qurğunun 2014-cü ildə İraqın böyük bir hissəsini işğal edən terror təşkilatı DAİŞ-ə məxsus olduğu müəyyən edilib.
Asya