Əli Xamenei həlak olan dövlət rəsmiləri üçün cənazə namazı qıldı, İZDİHAM YAŞANDI

İranın dini lideri Əli Xamenei helikopter qəzasında həyatını itirən Prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və 6 məmur üçün cənazə namazı qılıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Tehrandakı İmam Xomeyni adına Böyük Məsciddə qılınan cənazə namazına ölkənin hər yerindən insanlar gəlib.
Cənazə namazı zamanı Xameneini yüksək rütbəli məmurlar, nazirlər və silahlı qüvvələrin komandirləri əhatə edib.
Yüz minlərlə insan qəzada həyatını itirənlərin xatirəsini yad etmək üçün paytaxtın mərkəzində 5 kilometr uzunluğundakı bulvar boyu yürüş keçirib.
Rəisinin dəfn mərasimi 1979-cu il inqilabından sonra səlahiyyətlilərin iştirak etdiyi ən böyük mərasimlərdən biri olub. Yüzlərlə mülki şəxs avtobus, qatar və metro ilə paytaxtın kənarındakı şəhərlərdən Tehrana gəlib. Bununla belə, iştirak nisbəti 2020-ci ilin əvvəlində öldürülən İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) xarici qolu olan Qüds Qüvvələrinin komandanı general Qasım Süleymaninin dəfn mərasiminə qatılanların sayından az olub.
O da vurğulanıb ki, Tehran sakinlərinin telefonlarına dəfn mərasimində iştirak etmələrini xahiş edən SMS mesajları gəlib.
İnci