Bakıda narkokuryerlər SAXLANILDI: 18 kq marixuana və... - VİDEO

Bakıda narkokuryerlər SAXLANILDI: 18 kq marixuana və... - VİDEO

Bakıda saxlanılan iki narkokuryerdən 18 kiloqram marixuana aşkarlanıb.

 

Bu barədə Sfera.az-a DİN-dən məlumat verilib.

 

Qeyd edilib ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib:

 

“Tədbir zamanı əvvəllər məhkum olunmuş Elxan Əlifxanov və tanışı Ravil Rəfiağayev saxlanılıblar. Onların üzərindən, həmçinin R.Rəfiağayevin idarə etdiyi avtomobildən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 18 kiloqram marixuana və narkotiklərin dövriyyəsində istifadə olunan bank kartı aşkarlanıb. Saxlanılanlar narkotikləri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan xarici ölkələrdən birinin vətəndaşının göstərişi ilə Qaradağ rayonu ərazisindən əldə etdiklərini bildiriblər.

 

E.Əlifxanov və R.Rəfiağayev marixuananı pul qarşılığında paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə həmin narkotacirə məlumat verməli imişlər”.

 

Qurumdan əlavə olunub ki, faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Araşdırmalar davam etdirilir.

 

Günay

 


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...