"Ermənistanla İran arasında problem var və bunun səbəbi..." - Petrosyan Paşinyanı GÜNAHLANDIRDI

"Ermənistan Respublikası hökuməti ilə İran İslam Respublikası arasında problem var və bu, göz qabağındadır".
Sfera.az xəbər verir ki, bunu erməni siyasətçi Suren Petrosyan jurnalistlərlə söhbətində deyib.
O, münasibətlərin korlanmasına Ermənistan hökumətinin səbəb olduğunu bildirib.
"Ermənistan-İran münasibətlərindəki əngəllər üçüncü ölkələrdən asılı deyil, onların əksəriyyəti Ermənistan hakimiyyəti ilə bağlıdır. Problemlər konkret hakimiyyətdədir, nə ölkədə, nə də erməni xalqında. Bu, strateji əhəmiyyətli məsələdir, çünki İran İslam Respublikası bizim üçün dost ölkədir, son dərəcə mühüm tərəfdaşdır, strateji əhəmiyyət kəsb edən dövlətdir. Bu problemlər aradan qaldırılmalıdır, amma bizdə adekvat hökumət olanda, əslində hakimiyyət dövlətin nə olduğunu, dövlətin strateji marağının nə olduğunu biləndə problem həll oluna bilər”, - siyasətçi vurğulayıb.
İnci