İcra başçısı tapşırıq verdi

İcra başçısı tapşırıq verdi

“Vətəndaşların müraciətləri haqqında” Qanunun icrası ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətində yığıncaq keçirilib.

İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, yığıncağa sədrlik edən İcra başçısı Asif Əsgərov çıxışında yeni imzalanmış “Vətəndaşların müraciətləri haqqında” Qanunu qanunvericiliyin təkmilləşdirilməsinin, insanların hüquq və azadlıqlarının təmin edilməsinin bariz nümunəsi hesab edib. Başçı bildirib ki, yeni Qanunun qəbul edilməsində əsas məqsəd vətəndaş müraciətlərinə baxılmasını tənzimləyən norma və qaydaların 1997-ci ildən sonra qəbul edilmiş digər normativ hüququ aktların tələblərinə uyğunlaşdırılması, eləcə də cəmiyyətin sürətli inkişafı nəticəsində formalaşmış yeni münasibətlərin əks etdirilməsi, müraciətlərə baxılması və onlara cavab verilməsi üçün daha konkret müddətlər müəyyən edilməsi, hər bir dövlət orqanında, müraciətə baxan subyektlərdə bu sahədə məsuliyyətin daha da yüksəlməsidir. Yığıncaqda çıxış edən struktur bölmələrin rəhbərləri yeni imzalanmış Qanunun həm vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsində, həm də müraciətlərə baxılması sahəsində mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək üzərilərinə düşən vəzifələrin layiqincə yerinə yetiriləcəyini bildirdilər.

Yığıncağın yekununda Asif Əsgərov sakinlərin müraciətləri əsasında Nəsimi rayonunda abadlıq və quruculuq işlərinin aparıldığını, yaşayış binalarının, məhəllələrin, yolların, park və istirahət yerlərinin, kommunikasiya xəttlərinin əsaslı təmir olunduğunu və yenidən qurulduğunu bilirib və aidiyyəti üzrə tapşırıqlar verib.

İcra
İcra


OXŞAR XƏBƏRLƏR

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 m...

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...

İran Prezidentinə sui-qəsdə əl atdılar

İran Prezidenti Məsud Pezeşkian, İsrail hakimiyyətinin ona qarşı sui-qəsd cəhdi etdiyini bildirib.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki...

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...