Almaniya Zelenskini Ukrayna prezidenti hesab etməyə davam edəcək

Almaniya Zelenskini Ukrayna prezidenti hesab etməyə davam edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski səlahiyyət müddətinin başa çatmasına baxmayaraq, Ukrayna prezidenti olaraq qalır.
 

Sfera.az xəbər verir ki, bu fikri Almaniyanın xarici işlər naziri Annalena Barbok deyib.
 

Ukrayna Xarici İşlər Nazirliyinin sosial şəbəkələrdə yayımladığı Kiyevdə mətbuat konfransında diplomat qeyd edib ki, “Zelenski Ukraynanın qanuni prezidentidir... Nəinki Ukraynanın konstitusiyasına görə, ümumiyyətlə hərbi vəziyyət zamanı seçkilər keçirilə bilməz” .
 

O, həmçinin bildirib ki, seçkilər müharibənin bitməsindən yalnız altı ay sonra keçirilə bilər.
 

Bundan əvvəl Zelenski Reuters-ə müsahibəsində ölkədə hərbi vəziyyətə görə prezidentlik müddətinin hələ başa çatmadığını bildirib. Lakin Ukraynada heç də hamı dövlət başçısının fikri ilə razılaşmır.
 

Məsələn, Ukraynada Ali Radanın deputatı Aleksandr Dubinski əmindir ki, Zelenskinin ölkə konstitusiyası üzrə səlahiyyətləri mayın 21-nə keçən gecə başa çatıb və onların uzadılması üçün sadəcə olaraq heç bir hüquqi əsas yoxdur.
 

Lakin BMT hesab edir ki, Ukraynanın hazırkı prezidenti təşkilatın dövlət başçısı olaraq qalır.
 

Qeyd edək ki, 2019-cu ildə prezident seçilən Zelenskinin beş illik səlahiyyət müddəti mayın 20-də başa çatıb.
 

İnci


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...