Dövlət çevrilişi planlaşdıran qruplaşma üzvlərinin məhkəməsi başladı

Dövlət çevrilişi planlaşdıran qruplaşma üzvlərinin məhkəməsi başladı

Almaniyada dövlət çevrilişi planlaşdıran qruplaşmanın məhkəməsi başlayıb. Qruplaşmaya Kalaşnikov avtomatı ilə ölkədə hökumət üzvlərini güllələmək istəyən 71 yaşlı alman aristokratı rəhbərlik edib.


Sfera.az bildirir ki, 2022-ci ilin dekabrında Almaniyada ölkə tarixində ən böyük antiterror əməliyyatı həyata keçirilib. Hüquq-mühafizə orqanları sağçı "Reyx vətəndaşları" (Reyxsbürger) qrupunu yaradan 71 yaşlı aristokrat Heinrich von Reissin başçılıq etdiyi qruplaşmanı ifşa ediblər. “Reyxsbürger” Almaniya Federativ Respublikasının mövcudluğunun legitimliyini tanımayan millətçi hərəkatdır. Hərəkatın məqsədi respublika quruluşunu devirmək, aparıcı siyasətçiləri həbs etmək və monarxiyanı bərpa etmək olub.


Sui-qəsdçilərin məqsədi Bundestaqa soxulmaq, deputatları və nazirləri həbs etmək olub.

 

Mövcud hakimiyyətin “yuxarı təbəqəsini təmizləmək” və monarxiya prinsipləri əsasında yeni dövlət aparatı yaratmaq niyyətində olan ekstremistlərin bəziləri sosial və ya maliyyə sferasında nüfuzlu vəzifələr tutmuşlar, xüsusən də onların arasında keçmiş işçilər də var. Heinrich von Reiss Bundestaqın keçmiş üzvü olub.

 

Mayın 20-də Frankfurt-Mayndə sui-qəsdçilərin məhkəməsi başlayıb. Məhkəmə prosesində məlum olub ki, hücumun hazırlanması zamanı Haynrix fon Reiss Rusiyanın “Gecə qurdları” qruplaşması ilə əlaqə yaratmaq arzusunda da olub.


Sui-qəsdçilər arasında keçmiş hakim və Bundestaqın üzvü Birgit Malzak-Vinkeman da var.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...