Baş nazirdən TƏBİB-in tətbiq etdiyi cərimələrlə bağlı QƏRAR

Baş nazirdən TƏBİB-in tətbiq etdiyi cərimələrlə bağlı QƏRAR

İnzibati Xətalar Məcəlləsinə əsasən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin qurumun hesabına köçürülən vəsaitdən istifadə Qaydası təsdiq edilib.

 

Sfera.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

 

Qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, vəsait bu Qaydaya uyğun olaraq istifadə olunur. Vəsait dövlətin mülkiyyəti hesab olunur, TƏBİB-in sərəncamındadır, onun sərəncamçısı dəyişdirilə bilməz. TƏBİB-in aparatının işçilərinə şamil olunur. Vəsait Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanılan vəsaitin 18 faizi hesabına formalaşdırılır.

 

Vəsaitin toplanması məqsədilə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində TƏBİB-in xüsusi hesabı açılır.

 

Maliyyə Nazirliyi vəsaitin hər ay üçün növbəti ayın 5-dən gec olmayaraq, dekabr ayı üçün isə həmin ayın 25-dək daxil olan vəsaitin dekabrın 26-sı (dekabrın 26-sı qeyri-iş gününə düşdükdə, növbəti iş günü) TƏBİB-in müraciəti əsasında onun bank hesabına köçürülməsini təmin edir. Vəsaitin yığılması və istifadəsi hər il növbəti il üçün proqnozlar əsasında hazırlanan və TƏBİB tərəfindən cari il dekabrın 20-dən gec olmayaraq, bu Qaydanın əlavəsindəki formada təsdiq edilən gəlirlər və xərclər smetasına uyğun olaraq həyata keçirilir.

 

İl ərzində təsdiq edilən gəlirlər və xərclər smetasında nəzərdə tutulan vəsaitdən çox və ya az məbləğdə vəsait daxil olduqda, həmin smeta TƏBİB tərəfindən yenidən təsdiq olunmaqla, vəsaitdən bu Qaydaya uyğun istifadə edilir. Vəsaitin istifadəsinə nəzarəti TƏBİB həyata keçirir. Vəsaitdən istifadə istiqaməti Vəsait TƏBİB-in aparatının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların aylıq vəzifə maaşlarına əlavələrin verilməsi üçün xərclənir. Aylıq vəzifə maaşına əlavənin ödənilməsi ayda bir dəfə olmaqla, hər ay üçün növbəti ayın 20-dək, dekabr ayı üçün isə həmin ayın 28-i (dekabrın 28-i qeyri-iş gününə düşdükdə növbəti iş günü) həyata keçirilir.

 

Əmək məzuniyyəti, ödənişli yaradıcılıq və təhsil məzuniyyəti, həmçinin xidməti ezamiyyət dövrü işçinin hesabat ayındakı iş günləri kimi nəzərə alınaraq aylıq vəzifə maaşına əlavə ödənilir, lakin bu əlavə məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınmır. Vəzifə maaşına əlavə aşağıdakı günlər üçün hesablanmır:

 

- işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, həmçinin hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu günlər;

 

- işçinin qismən ödənişli sosial məzuniyyətdə və ödənişsiz məzuniyyətdə olduğu günlər.

 

Bu Qaydaya əsasən işçilərə ödənilən vəsaitdən gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tutulur.


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...