Prokurorluq vətəndaşlara MÜRACİƏT ETDİ

Prokurorluq vətəndaşlara MÜRACİƏT ETDİ

Baş Prokurorluq plastik cərrahiyyə və digər estetik prosedurların keçirilməsinə dair tələblərlə bağlı vətəndaşlara müraciət edib.

 

Sfera.az xəbər verir ki, qurumun Mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə plastik cərrahiyyə əməliyyatı və ya digər estetik prosedurların həkim təyinatı əsasında həyata keçirilməli olduğu vurğulanıb:

 

"Bundan əvvəl həmin prosedurun şəxsin həyat və sağlamlığına təsirinə dair müayinəsi aparılmalıdır. Proseduru icra edən həkim pasiyentdən bu müayinənin aparılmasını tələb etməlidir.

 

Plastik cərrahiyyə əməliyyatı və ya digər estetik prosedur son zərurət halında həyata keçirilməli, hər bir şəxs üzrə keçirilmiş prosedurların uçotu aparılmalı, növbəti dəfə müraciət edildikdə əvvəlki prosedurlar barədə məlumat verilməli və həkim tərəfindən yoxlanılmalıdır.

 

Estetik proseduru həyata keçirən şəxsin müvafiq tibbi təhsili olmalı, həmçinin bu sahədə ixtisaslaşmalıdır.

 

Plastik cərrahiyyə əməliyyatını aparan şəxsin ali tibbi təhsili olmaqla yanaşı, bu sahədə ixtisaslaşmalıdır.

 

Ali tibbi təhsil almadan həkim və ya həkim-kosmetoloq adından istifadə etmək yolverilməzdir.

 

Plastik, rekonstruktiv və estetik əməliyyatlar ixtisaslaşmış həkim personalı tərəfindən həyata keçirilməli, həmin əməliyyatlar ümumi cərrahiyyə ixtisasına malik olan həkim və tibb personalı tərəfindən aparılmalıdır.

 

Plastik, rekonstruktiv və estetik əməliyyatlar aparılan klinikalarda reanimatologiya xidmətlərinin tələb olunduğu zaman bu xidməti göstərən personal olmalıdır.

 

Plastik cərrahiyyə əməliyyatı və digər prosedurlar zamanı ölkə ərazisinə gətirilən müxtəlif tərkibli kosmetoloji vasitə və preparatların daşınması və tətbiqi xüsusi rejim tələb edir. Onların yararlılıq sertifikatları olmayan, keyfiyyətsiz və ya aşağı keyfiyyətli bir sıra vasitələrin istifadəsi ağır nəticələrlər verə bilər.

Həkim tərəfindən plastik və estetik prosedurların həyata keçirilməsi zamanı xəstəlik vərəqəsi və xəstəlik tarixi haqqında qanunvericliyin tələblərinin yerinə yetirilməsi zəruridir.

İstənilən invaziv müdaxilə zamanı, yəni insan bədəninə müdaxilə zamanı tibb vərqələri açılması təmin edilməli və “Vahid Səhiyyə İnformasiya Sistemi” vasitəsilə elektron sənəd formasında tərtib olunmalıdır".

 

 


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...