Sarkisyan AÇIQLADI - "Hakimiyyət dəyişikliyi üçün hər şeyə hazırıq"

Dünya
18:36 / 22.05.2024
5370
"Biz hakimiyyət dəyişikliyinin olmasını təmin etmək üçün hər şeyə hazırıq".
Sfera.az xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan deyib.
O bildirib ki, arxiyepiskop Baqrat Qalstanyanın təqdim etdiyi namizədi dəstəkləməyə hazırdır:
"Görüşmək üçün dəvət almamışam, amma əvvəllər də görüşlər olub. Nə bu gün, nə dünən, nə də srağagün. Biz hərəkatı tam dəstəkləyirik", - deyə eks-prezident jurnalistlərə bildirib.
Sarkisyan qeyd edib ki, rəhbərlik etdiyi Respublika Partiyası hakimiyyətə can atmır, hakimiyyət dəyişikliyinə can atacaq. (Musavat.com)