Sarqsyan və digərlərinin işi üzrə hökm mayın 29-da elan EDİLƏCƏK

Dünya
18:00 / 22.05.2024
5760
Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan və digər şəxslərin işi üzrə hökm mayın 29-da elan ediləcək.
Sfera.az xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.
Bu gün İrəvan Ümumi Yurisdiksiya Məhkəməsində iclas keçirilib və orada iş üzrə təqsirləndirilən şəxslərin yekun ifadələri dinlənilib.
Prokuror ittiham aktında S.Sarqsyanın və digər şəxslərin iddia müddətinin başa çatması əsasında cinayət məsuliyyətindən azad edilməsini xahiş edib.