Qurban Yetirmişlidən bu bölgələrlə bağlı AÇIQLAMA: "8-9 bal zəlzələ..."

Qurban Yetirmişlidən bu bölgələrlə bağlı AÇIQLAMA:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Azərbaycanda 10 ballıq tektonik bölgələrin mövcud olduğunu deyib.

 

Sfera.az xəbər verir ki, o, bu barədə Bakıda keçirilən "Katastrofik risklərə qarşı dayanaqlı maliyyə sistemi" mövzusunda keçirilən konfransda məlumat verib.

 

Onun sözlərinə görə, Azərbaycan 8-9 ballıq zəlzələ zonasına aiddir:

 

"Lakin Azərbaycanda 10 ballıq bölgələr də mövcuddur. Zəlzələnin baş verəcəyi ilə bağlı qısamüddətli proqnoz dünyada yoxdur, ortamüddətli və uzunmüddətli proqnozları isə əvvəldən vermək olur. 20 il ərzində ölkədə maqnitudası 1,5 və 3-dən yuxarı olan çoxsaylı zəlzələlər baş verib".

 

Baş direktor həmçinin vurğulayıb ki, Azərbaycanın işğaldan azad edilən ərazilərində geofiziki tədqiqatlar aparılmayıb: "Torpaqlarımızın 30 il işğal altında olması ilə əlaqədar orada tədqiqatlar və araşdırmalar aparılmayıb".(Report)


OXŞAR XƏBƏRLƏR

"Whatsapp"da yenilik - Nömrə olmadan da yazışmaq olacaq

WhatsApp-a yeni bir funksiyanın - qonaq çatlarının əlavə olunacağı məlum olub. Bu funksiya insanlara WhatsApp hesabı olmadan da platforma üzərindən istifadəçilə...

Meteohəssas insanlara XƏBƏRDARLIQ: Sabah evdən çıxmayın

Avqustun 7-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, Abşeron yarıma...

Bakıda bu binalar söküləcək - TAPŞIRIQ VERİLDİ

xəbər verir ki, bu il iyulun 2-də Bakı Şəhər İcra Hakimiyyətində Prezident İlham Əliyevin tapşırıq və göstərişlərindən irəli gələn məsələlərlə bağlı müşavirə ke...

Bakı-İstanbul reysi niyə təxirə salındı? - SƏBƏB

6 avqust tarixində nəzərdə tutulan “AJET” aviaşirkətinin icra etdiyi TKJ-178 nömrəli Bakı–İstanbul (SAW) reysi texniki səbəbdən təxirə salınıb...

Müğənni Dilarə Kazımovanın maşında dəhşətli görüntüləri - VİDEO

Müğənni Dilarə Kazımova yeni klipi ilə gündəmə gəlmək istədi, amma bu dəfə səhnə performansı yox, təhlükəli davranışları ilə sosial medianı silkələyib.  ...

Bred Pittə ağır itki -FOTO

Hollivud ulduzu Bred Pittə ağır itki üz verib.   Sfera.az xəbər verir ki, aktyorun anası Ceyn Etta Pitt vəfat edib. O, 84 yaşında dünyasını dəyi...