ÇL-in 2026-cı ildə keçiriləcək final oyununun stadionu müəyyənləşdi

İdman
17:17 / 22.05.2024
8021
2026-cı ildə UEFA Çempionlar Liqasının final görüşünə ev sahibliyi edəcək stadionun adı açıqlanıb.
Sfera.az xəbər verir ki, həlledici oyun Macarıstanın paytaxtı Budapeştdəki "Ferents Puşkaş" stadionunda keçiriləcək.
Bu barədə qərar UEFA İcraiyyə Komitəsinin İrlandiyanın paytaxtı Dublində təşkil olunan iclasında qəbul edilib.
Qeyd edək ki, 2025-ci ildə Çempionlar Liqasının finalı Almaniyanın Münhen şəhərindəki "Allianz Arena"da baş tutacaq.