BTQ dəmir yolu xətti ilə bağlı AÇIQLAMA: "Həmin xəbərlər yalandır"

""Bakı–Tbilisi–Qars dəmir yolu xətti ilə yük daşımalarına başlanılıb" başlıqları ilə yayılan xəbərlər doğru deyil".
Sfera.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.
“Bu xətlə artıq 7-ci ildir ki, yük daşınır. Əsası 2005-ci ildə qoyulan bu xətt 30 oktyabr 2017-ci ildə Prezident İlham Əliyev tərəfindən açılış edilərək istismara verilib. Sadəcə BTQ üzərində genişləndirmə və təkmilləşdirmə işlərinin aparılması davamlı olaraq həyata keçirilməkdədir”.
Ekspert qeyd edib ki, bu dəfə isə bu işlər xəttin Gürcüstandan keçən 184 kilometrlik hissəsində aparılıb.
“Yəni təmir-bərpa, rekonstruksiya və genişləndirmə işləri artıq yekunlaşıb və yenilikdən sonra Abşeron Logistika Mərkəzindən 20 konteynerdən ibarət ilk yük qatarı Gürcüstan istiqamətinə yola salınıb. Hədəflər isə çox böyükdür. Hər il 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur”.
Asya