"Putinin Çinə səfəri tarixi hadisədir" - Sergey Ryabkov

Media
16:06 / 22.05.2024
5894
"Qərb Moskva ilə Pekin arasında yaranan əlaqələrdən narahatdır".
Sfera.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiya Prezidenti Vladimir Putinin Çinə səfərini şərh edərkən deyib.
"Mən əminəm ki, indi hamı səfər zamanı göndərilən siyasi mesajları qiymətləndirir. ABŞ da daxil olmaqla, əleyhdarlarımız, şübhəsiz ki, Çin və Rusiya arasında getdikcə daha sıx olan əlaqələrdən narahatdırlar", - Rybakov qeyd edib.
Xarici işlər nazirinin müavini deyib ki, Putinin Çinə səfəri mübaliğəsiz tarixi hadisədir.
"Gördüyümüz işlərin demək olar ki, bütün spektri ilə bağlı əməkdaşlığımızın genişləndirilməsi istiqamətində böyük addım atıldı", - o yekunlaşdırıb.
Firuzə Əliyeva