Bu kompüterlər hər şeyin surətini çəkəcək - Yeni funksiya NARAZILIQ YARATDI + VİDEO

Bu kompüterlər hər şeyin surətini çəkəcək - Yeni funksiya NARAZILIQ YARATDI + VİDEO

“Microsoft” süni intellekt texnologiyasından istifadə edərək kompüterlərin iş prinsiplərində dəyişiklik etmək istəyir.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, beynəlxalq konfransların birində  şirkət “Copilot+PC” adlı yeni kompüter kateqoriyasını təqdim edib. 


Bu kateqoriyanın ən çox diqqət çəkən xüsusiyyəti  isə “Recall” adlı süni intellekt tərəfindən dəstəklənən funksiyadır. Bu funksiya “geri çağırma” anlamını verir. 


Həmin funksiya sayəsində “Windows 11” istifadəçiləri öz kompüterlərində əvvəlki axtarışları və fəaliyyətləri asanlıqla tapa və yenidən əldə edə biləcəklər. “Microsoft”un yeni "geri çağırma" funksiyası kompüterdə yerinə yetirilən bütün fəaliyyətlərin yadda saxlanmasını təmin edir. 


Bu funksiyanı işə salmaq üçün şirkət “Windows 11” əməliyyat sistemini yeniləyib. Yeniləmə ilə “Windows 11” qırx fərqli süni intellekt modelini birləşdirərək daha ağıllı hala gətirib. 


İstifadəçilərin ən çox diqqətini çəkən xüsusiyyət “Recall” olub. 


“Microsoft”un yeni funksiyası vasitəsilə kompüterdə istifadə edilən tətbiqlər, canlı görüşlər və internetdəki bütün baxışlar yaddaşa yazılacaq. “Recall”ın “timeline” funksiyası sayəsində isə istifadəçilər bir neçə həftə əvvələ qədərki fəaliyyətlərini asanlıqla nəzərdən keçirə biləcəklər. 


Qeyd edək ki, bu yenilikçi xüsusiyyət istifadəçilərə keçmiş fəaliyyətlərini asanlıqla yadda saxlamağa və tapmağa imkan versə də, bəzi məxfilik problemlərini də doğurur. “Microsoft” isə iddia edir ki, yeni funksiyanın tətbiqi şəxsi məlumatların oğurlanmasına şərait yaratmayacaq:

 

“Kompüterinizdə etdiyiniz əməliyyatların görüntüləri təhlükəsiz şəkildə şifrələnir və kompüterinizin sabit diskində saxlanılır. Bu funksiya sizə keçmiş fəaliyyətlərinizi qrafikdə asanlıqla axtarıb tapmağa imkan verir. “Geri çağırma” funksiyası kompüterin foto yaddaşı kimi işləyir və istifadəçilərə müəyyən müddət ərzində etdikləri əməliyyatların anlıq görüntülərinə daxil olmaq imkanı verir. Məlumatlar yalnız yerli cihazda qalacaq və güclü şifrələmə vasitəsilə qorunacaq . Bu funksiya istifadəçi profillərinə xas olacaq və yalnız “Copilot + PC” modellərində istifadə oluna biləcək. Bundan əlavə, “Recall” köhnə kompüter modellərində istifadə oluna bilməz, çünki o, xüsusi çiplərə uyğunlaşdırılıb”.

 

 

 


OXŞAR XƏBƏRLƏR