AZAL-ın təyyarəsində MARAQLI HADİSƏ: Həkim fövqəladə enişin QARŞISINI ALDI

AZAL-ın təyyarəsində MARAQLI HADİSƏ: Həkim fövqəladə enişin QARŞISINI ALDI

Bu ilin mayın 18-də Qazaxıstanın Alma-Ata şəhərindən Bakıya uçan AZAL-a məxsus sərnişin təyyarəsində maraqlı hadisə baş verib. Sərnişinlər arasında 2 nəfərin vəziyyətinin pisləşməsinə görə təcili eniş zərurəti yaransa da, təyyarədə olan həkim Hikmət İsmayılovun müdaxiləsindən sonra reys üzrə uçuş davam etdirilib. 


Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı həkim H.İsmayılov sosial media səhifəsində paylaşıb.


Həkim bildirib ki, hadisə mayın 18-də saat 02:15 radələrində Bakıya uçan J254 saylı reysdə baş verib:

 

“Sərnişinlərdən birinin halı pisləşmişdi. Uçuş bələdçisi, səhv etmirəmsə, Nigar xanım həmin sərnişinin yanındakı digər sərnişinləri arxaya göndərmişdi. Bələdçi pilota vəziyyət haqqında müntəzəm məlumat verməklə yanaşı halı pisləşən sərnişinə istifadə etdiyi dərmanlar haqqında suallar verirdi. Mən həkim olduğumu bildirib özünü pis hiss edən sərnişinə yaxınlaşdım. Ona təyyarədə olan imkanlarla ilkin tibbi yardım göstərdim. Təxminən 30 dəqiqəlik yardımdan sonra Nigar xanıma pasientin vəziyyətinin stabilləşdiyini və pilota təcili enişə ehtiyac olmadığını bildirməsini istədim”. 


Bir sərnişinə kömək etdikdən 15-20 dəqiqə sonra digər bir sərnişin də özünü pis hiss etməyə başlayıb. Həkim özünü pis hiss edən qadının hipertonik (yüksək qan təzyiqi olan – red.) olduğunu anlayıb və ona da kömək edib: “Təbii ki, həmin xanıma da yardım etdim. Nəticədə hər iki sərnişinlə sağ-salamat Bakıya çatdıq”. 


Həkim H.İsmayılov uçuşlar zamanı təyyarədə oxşar hadisələrin tez-tez baş verdiyini bildirib. O, sonuncu dəfə üç il əvvəl Türk Hava Yollarının təyyarəsində belə hadisə ilə rastlaşdığını vurğulayıb.

 

“Həmin hadisə zamanı məndən xüsusi blank doldurulmasını istəmişdilər və təşəkkür olaraq mənə uçuş bileti hədiyyə edilmişdi”, - deyən həkim AZAL-dan oxşar jest görmədiyini vurğulayıb:

 

“Mən və digər həkim dostlar, təbii ki, bu cür yardımları təmənnasız edirik. AZAL-ın belə dəyərlərə hörməti sadəcə alqışlana bilərdi və bu məsələlərdə rəqib şirkətlərə uduzmazdı. Bu statusdan sonra AZAL mənə hər hansı bilet təklif etsə, qəbul etməyəcək və bileti birbaşa olaraq Yaşat Fonduna ianə etmələrini təklif edəcəyəm”.

 

Qeyd edək ki, H.İsmayılov Almaniyada çalışır. O, Almaniyanın Bad-Mergentheim şəhərinin Karitas Xəstəxanasının Urologiya klinikasının Endo-urologiya şöbəsinə rəhbərlik edir.


Vasif


OXŞAR XƏBƏRLƏR

Müğənni Dilarə Kazımovanın maşında dəhşətli görüntüləri - VİDEO

Müğənni Dilarə Kazımova yeni klipi ilə gündəmə gəlmək istədi, amma bu dəfə səhnə performansı yox, təhlükəli davranışları ilə sosial medianı silkələyib.  ...

Bred Pittə ağır itki -FOTO

Hollivud ulduzu Bred Pittə ağır itki üz verib.   Sfera.az xəbər verir ki, aktyorun anası Ceyn Etta Pitt vəfat edib. O, 84 yaşında dünyasını dəyi...

Zelenski Trampla telefon danışığının təfərrüatlarını AÇIQLADI

Ukrayna prezidenti Volodmir Zelenski ABŞ lideri Donald Trampla telefon danışığında Avropa liderlərinin iştirak etdiyini bildirib.   Bu barədə Sfera.a...

Lənkəranda ikimərtəbəli ev tamamilə yanıb

Lənkəranda ikimərtəbəli ev tamamilə yanıb.   Sfera.az-ın məlumatına görə, yanğın hadisəsi rayonunun Boladi kəndi ərazisində baş verib.   B...

Hərbi Prokurorluqda yeni idarə yaradıldı - Rəis təyin edildi

Azərbaycan Respublikası Hərbi Prokurorluğunda aparılan struktur islahatları çərçivəsində yeni idarə və şöbələr yaradılıb.   Sfera.az-ın məlumatı...

Avtomobil qəzasından sonra qadını xilas edən naməlum səs ona gələcəyini göstərdi - FOTOLAR

42 yaşlı İsveç sakini Zhannet (Jannet) Hedström 2004-cü ildə ağır avtomobil qəzası keçirib. O, üç gün komada qalıb. Jannet iddia edir ki, huşunu itirən zaman on...