Azərbaycan vergilər sahəsində Çoxtərəfli Konvensiyaya QOŞULACAQ

İqtisadiyyat
15:01 / 22.05.2024
4829
Azərbaycan vergilər sahəsində Çoxtərəfli Konvensiyaya qoşulacaq.
Sfera.az-ın məlumatına görə, müvafiq qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçiriləcək onlayn iclasının gündəliyinə daxil edilib.
Komitə üzvlərinin müzakirəsinə “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya“nın təsdiq edilməsi haqqında” qanun layihəsi çıxarılacaq.