Qadının avtobusdan yıxılaraq öldüyü hadisənin TƏFƏRRÜATI: O, ön qapıdan...

Qadının avtobusdan yıxılaraq öldüyü hadisənin TƏFƏRRÜATI: O, ön qapıdan...

Bakıda qadının avtobusdan yıxılaraq öldüyü hadisənin təfərrüatı məlum olub.

 

Sfera.az xəbər verir ki, bədbəxt hadisə metronun “Koroğlu” stansiyası - Kürdəxanı istiqamətində fəaliyyət göstərən 173 saylı müntəzəm marşrut xəttində baş verib.

 

“Çinar Trans” MMC-nin istismarında olan xətt üzrə hərəkət edən və Sarvan Məhərrəmovun idarə etdiyi “Daewoo” markalı avtobus Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən “Ayxan” marketin qarşısındakı dayanacağa yaxınlaşdıqdan sonra dayanıb.

 

Sərnişin Tamella Nadir qızı Cəfərova avtobusa minmək istəyərkən sürücü nəqliyyat vasitəsini hərəkətə gətirib. 64 yaşlı qadın avtobusa tam daxil ola bilməyib. Nəticədə o, avtobusun ön giriş qapısından yıxılaraq təkərin altına düşüb və ağır xəsarətlər alıb.

 

T.Cəfərova hadisə yerində vəfat edib.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.(Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...