İsveç Ukrayna üçün 7,02 milyard dollarlıq yardım paketi AYIRACAQ

İsveç Ukrayna üçün 7,02 milyard dollarlıq yardım paketi AYIRACAQ

İsveç 2024-2026-cı illər üçün Ukraynaya həcmi 7,02 milyard dollar (illik 2,24 milyard dollar) olan yardım proqramının icrasına başlayacaq.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, ümumilikdə, İsveçdən Ukraynaya hərbi və mülki yardımın həcmi 9,35 milyard dollara çatacaq.

 

İsveç hökuməti qeyd edib ki, ölkənin özündə yenidən silahlanma Ukraynaya dəstəklə eyni vaxtda aparılmalıdır. Eyni zamanda, Kiyevə yardım İsveçin müdafiə qabiliyyətinə xələl gətirməməli və ya digər zəruri islahatlara mane olmamalıdır.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR