DİN-dən bu vətəndaşlara MÜRACİƏT: “Ehtiyatlı olun!”

Siyasət
14:00 / 22.05.2024
3850
DİN işğaldan azad olunan bölgələrdə çalışan şəxslərə müraciət edib.
Sfera.az-ın məlumatına görə, bölgədə abadlıq, tikinti, quruculuq işlərinə cəlb edilən şəxslərdən silah-sursat, partlayıcı maddələrə, şübhəli əşyalara rast gəldikdə, aşkarladıqda DİN-in 102 Zəng Mərkəzinə, yaxud ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat vermələri xahiş olunub.
“Hərbi təyinatlı əşyalara mülki şəxslərin toxunması həyat və sağlamlığa təhlükə yaratmaqla yanaşı, həmin əşyaları götürmək, daşımaq, saxlamaq, başqasına vermək cinayət məsuliyyətinə səbəb olur.
Qeyd olunanları nəzərə alaraq, bir daha bölgədə çalışan şəxsləri ictimai təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq”, - qurumdan bildirilib.
Günay