Vasif Qurbanzadə idarə rəisi TƏYİN EDİLDİ - FOTO

Vasif Qurbanzadə idarə rəisi TƏYİN EDİLDİ - FOTO

Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinə rəis təyinatı olub. 


Bu barədə Sfera.az-a qurumdan məlumat verilib. Qeyd olunub ki, Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Vasif Qurbanzadə bu vəzifəyə təyin edilib.


Bildirək ki, Vasif Zahid oğlu Qurbanzadə 1981-ci ildə anadan olub. Bakı şəhər 146 saylı orta məktəbi bitirib. Tarix ixtisası üzrə bakalavr və magistr təhsili alıb.

 

2005-ci ildə hərbi xidmətini başa vurub və həmin ildən müəllim kimi əmək fəaliyyətinə başlayıb. 2006-cı ildən bank sektorunda, 2010-cu ildən isə nəşriyyat-poliqrafiya sahəsində çalışıb. Çoxsaylı mədəniyyət tədbirlərinin, kitaba marağın artırılması istiqamətində müxtəlif təqdimatların təşkilatçısı olub. 

 

2016-cı ildən “Osmanlı divan ədəbiyyatı”, “Sufilik”, “Erməni məsələsi”, “Xudu Məmmədovun həyat və fəaliyyəti”, “Şahmar Əkbərzadənin həyat və fəaliyyəti” mövzularında elmi araşdırmalar aparıb.

 

Ümumilikdə, 7 kitab müəllifi olan V.Qurbanzadənin “2914 – Biz sülh istəyirdik” kitabı 44 günlük Vətən müharibəsi zamanı müəllifin ön cəbhədə şahid olduğu və siyasi arenada baş verən hadisələrdən bəhs edir. 

 

Şeirləri əsasında “Üfüq”, ssenarisi əsasında “Yol adam” filmləri lentə alınıb. Qarabağ və qəhrəmanlıq mövzularında çəkilən bir neçə ekran işinin məsləhətçisidir.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...