Dövriyyədə olan pullar Mərkəzi Bankın borcunu xeyli artırıb – RƏQƏMLƏR

Azərbaycan Mərkəzi Bankının (AMB) ümumi borcunun yarıdan çoxunu dövriyyədə olan kağız və metal pullar təşkil edir.
Sfera.az AMB-yə istinadən xəbər verir ki, 2023-cü ilin sonunda Mərkəzi Bankın ümumi öhdəliyi 33,24 milyard manat dəyərində olub. Bu öhdəliyin 17,32 milyard manatını, yəni 52,1 faizini dövriyyədə olan kağız və metal pullar təşkil edib.
2022-ci illə müqayisədən görünür ki, AMB-nin öhdəliyində dövriyyədə olan kağız və metalların payı artıb. Bir il əvvəl AMB-nin 29,9 milyard manat dəyərində öhdəliyi olub və bunun 14,71 milyard manatını, yaxud 49 faizini dövriyyədə olan kağız və metallar təşkil edib.
Müqayisə göstərir ki, 2023-cü ildə dövriyyədə olan kağız və metalların həcmi xeyli artıb. Bunun səbəbini AMB-nin valyuta bazarına alış yönlü müdaxiləsi ilə əlaqələndirmək olar. AMB ötən il manatın bahalaşmaması üçün daxili bazardan böyük həcmdə xarici valyuta, xüsusən də ABŞ dolları alıb. Xarici valyutalar manatla alındığından dövriyyədə olan kağız və metalların həcmində kəskin artım baş verib.
Vasif