Qanunsuz mərc oyunlarından şikayətlər artır — DİN məsələyə REAKSİYA VERDİ

Qanunsuz mərc oyunlarından şikayətlər artır — DİN məsələyə REAKSİYA VERDİ

Son zamanlar ölkədə qanunsuz mərc oyunları ilə bağlı şikayətlər artıb. Vətəndaşlar bu oyunlar zamanı tez-tez aldadıldıqları barədə şikayət edirlər. Hazırda sosial şəbəkələrin Azərbaycan seqmentində də qanunsuz şans oyunlarının reklamı və təbliğatı tüğyan edir. Sosial şəbəkələrdə məşhur olan bir çox Azərbaycan səhifələri bu oyunların geniş təbliğatını aparır. 
 

Sfera.az xəbər  verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı bildirib ki, məsələ nəzarətdə saxlanılır:
 

"Qanunsuz qumar oyunlarının təşkili və ya keçirilməsinə, həmçinin, ölkə ərazisindən qumar oyunlarında iştirak üçün imkanların yaradılması, o cümlədən qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsinə qarşı mübarizə tədbirləri polis əməkdaşlar tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bu sahədə aşkar olunan faktlar və həyata keçirilən əməliyyatlarla bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunur".
 

DİN rəsmisi qeyd edib ki, qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama işi hallarından asılı olaraq Cinayət və İnzibati Xətalar Məcəllələrinin müvafiq maddələrinin tələblərinə əsasən məsuliyyət yaradır.
 

Qeyd edək ki, “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinə əsasən ölkəmizdə qanuni şans oyunları “Azərlotereya” tərəfindən həyata keçirilir. 
 

Fırıldıqçıların tələsinə düşməmək üçün qanunsuz şans oyunlarından uzaq olun, pulunuzu və bəxtinizi yalnız qanuni şans oyunlarına etibar edin.


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...