Türkiyədə prezidentin səlahiyyətləri ARTIRILDI

Türkiyədə prezidentin səlahiyyətləri ARTIRILDI

Türkiyədə 34 il aradan sonra “Səfərbərlik və hərbi vəziyyət nizamnaməsi” ləğv edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan fərman imzalayıb.

 

Sənədə əsasən, 24 may 1990-cı il tarixli və 90/500 saylı Nazirlər Şurasının qərarı ilə qüvvəyə minmiş “Səfərbərlik və hərbi vəziyyət nizamnaməsi” ləğv edilib. Onun əvəzinə “Səfərbərlik və hərbi vəziyyət əsasnaməsi”nin tətbiqinə başlanılıb.

 

Əsasnamə “dövlətin bütün qüvvə və resurslarının hərbi vəziyyətə və ya müharibəni labüd edə biləcək gərginlik və böhran dövrlərinə uyğun olaraq sürətlə hərəkətə keçirmək üçün hazırlıqların yerinə yetirilməsini” tələb edir.

 

Nizamnamənin əsasnaməyə dəyişdirilməsi sənədin əsasən yeni dövrlə ayaqlaşması ilə əlaqələndirilir. Bununla belə, əsasnamə prezident səlahiyyətinin artırılması ilə də seçilir: başlıca dəyişikliklərdən biri səfərbərlik elanı səlahiyyətinin Nazirlər Şurasından Prezidentə ötürülməsidir. Beləliklə, “müharibə tələb edən vəziyyət yarandıqda, üsyan baş verdikdə, vətənə və ya respublikaya qarşı güclü və təsirli qiyam baş verdikdə, ölkənin və millətin bölünməzliyinə daxildən və xaricdən təhlükə yaradan davranışlar baş verdikdə”, Prezident ümumi və ya qismən səfərbərlik elan edilməsi haqqında qərar qəbul edə bilər.

 

Bundan başqa, nizamnamə ölkənin Ali İnzibati Məhkəməsinin (Danıştay) baxışından keçirilərək Nazirlər Şurası tərəfindən gerçəkləşdirilən sənəddir. Əsasnamələr isə nizamnamələrdən fərqli olaraq daha dar və spesifik sahəni əhatə edir. Burada Ali İnzibati Məhkəmənin baxışına ehtiyac yoxdur. Əsasnamələr nazirlər və publik hüquqi şəxslər tərəfindən tətbiq edilə bilər.

 

Qeyd edək ki, 2018-ci ildə Nazirlər Şurası ləğv edildikdə prezident, vitse-prezident və nazirlərin cəmi “Prezident kabineti” adlandırılmağa başlasa da, Nazirlər Kabineti konstitusiyaya daxil edilmiş bir qurum deyil.


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...